Mayın 31-də “Bank BTB” ASC-nin səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan”a bankdan məlumat verilib.
“2021-ci il mayın 31-də saat 11:00-da bankın baş ofisində “Bank BTB” ASC-nin səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək”, - bankdan qeyd ediblər.
Eyni zamanda, yığıncağın gündəliyi barədə məlumat verilmir.
“Bank BTB” ASC 2010-cu ilin aprel ayında Azərbaycanda fəaliyyət göstərmək üçün lisenziya alıb. Bankın səhmdarları 3 fiziki şəxsdir.**
Ə.Məmmədov