Azərbaycanda koronavirus infeksiyasına 2 136 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 296,374 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 2 317 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 32 nəfər vəfat edib, ölənlərin ümumi sayı 4 077 nəfərə çatıb.
Virusa yoluxmuş 260,193 min nəfər (sutka ərzində +2 251) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 32 104 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 478 (ötən gün 14207 test), hazırkı dövrədək isə ümumilikdə 3 milyon 82,157 min test aparılıb.**
Ə.Məmmədov