Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının növbəti iclası aprelin 27-də Moskvada keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
“Hökumətlərarası Komissiyanın iclası aprelin 27-nə planlaşdırılıb və Moskvada keçiriləcək. Komissiyanın iclasından bir gün əvvəl isə ekspertlərin iclası keçiriləcək”, - deyə mənbə bildirib.
Onun sözlərinə görə, iclasda ikitərəfli münasibətlərin bütün spektri müzakirə olunacaq.
Hökumətlərarası Komissiyanın sonuncu, 18-ci iclası 2019-cu il dekabrın 9-da Bakıda keçirilib. Komissiyanın həmsədrləri Azərbaycan və Rusiya baş nazirlərinin müavinləri Şahin Mustafayev və Aleksey Overçukdur.*
A.Əzizov