2021-ci ilin yanvar-mart aylarında Azərbaycanda bütün növ nəqliyyat vasitələri ilə 253 milyon 193,2 min sərnişin daşınıb ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 42,5% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə dəmir yolu nəqliyyatı ilə 476,2 min nəfər (azalma 56%), dəniz nəqliyyatı ilə 3,2 min nəfər (azalma 34,7%), hava nəqliyyatı ilə 122,3 min nəfər (azalma 72%) daşınıb.
Yanvar-mart aylarında metro ilə sərnişin daşınmayıb (2020-ci ilin yanvar-mart aylarında metro ilə 50 milyon 855 min nəfər daşınıb).
Cari ilin yanvar-mart aylarında avtomobil nəqliyyatı vasitələri ilə 252 milyon 591,5 min sərnişin (azalma 34,9%), avtobuslarla 233 milyon 967,2 min sərnişin (azalma 37,4%), taksilərlə 18,624 milyon sərnişin (artım 28,4%) daşınıb.
Xəbər verildiyi kimi, koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar 2020-ci ilin mart ayının ikinci yarısından etibarən Azərbaycanda aviareyslərin həyata keçirilməsi dayandırılıb.
Bundan başqa, mart ayında metro, ölkənin regionlarına avtobuslarla daşımalar dayandırılıb, dəmir yolu ilə sərnişin daşımaları əhəmiyyətli dərəcədə məhdudlaşdırılıb.
Bakı Metropoliteninin fəaliyyəti mayın 9-dan bərpa olunsa da, koronavirusa yoluxanların sayının artması səbəbindən iyulun 4-dən yenidən dayandırılıb, sentyabrın 14-dən isə bərpa olunub. Metropolitenin fəaliyyəti oktyabrın 19-dan 2021-ci il iyunun 1-dək yenidən dayandırılıb.*
B.Rüstəmbəyov