Azərbaycan Belarusdan 550 ədəd traktor alacaq, müvafiq müqavilə imzalanıb. Bu barədə Belarusun sənaye naziri Pyotr Parxomçik məlumat verib.
“Minsk Avtomobil Zavodunun məhsullarının tədarükü məsələləri müzakirə olunub - bu, təxminən 6 nəqliyyat vasitəsidir. Azərbaycan tərəfi sadəcə nəqliyyat vasitələrinin alınmasında maraqlı deyil, onlar həm də öz ölkələrində bu kompetensiyanın yaradılmasına tərəfdardırlar”, - deyə Parxomçik Belarusun STV telekanalına bildirib.
O, həmçinin qeyd edib ki, rəsmi Bakı Minsk ilə 550 ədəd traktorun alınması haqqında müqavilə imzalayıb, tədarükün məbləği təxminən $9 milyon təşkil edir.
“Hazırda “Belkommunaş” ASC-nin istehsalı olan dörd ədəd elektrik avtobusunun sınağı keçirilir. Bu sınaq əsasında Azərbaycanı təmin edəcək istehsalatlar yaradacağıq. Əlbəttə, biz Azərbaycana bitişik üçüncü ölkələrə (İran və Türkiyə) ümid edirik, bu, məhsullarımızın qonşu ölkələrə çıxarılmasında körpü rolunu oynaya bilər”, - deyə nazir vurğulayıb.*
X.Nəsirzadə