Yaxın vaxtlarda Qarabağda elektrik təchizatı obyektləri istismara veriləcək. Bunu “Azərenerji” ASC-nin prezidenti Baba Rzayev deyib.
“Şuşa yarımstansiyası hazırdır. Açılışa da hazırdır, iki nömrəli xətt hazırdır. Şükürbəyli də hazırdır. Füzuli yarımstansiyasının xətti hazırdır, ay yarıma da özü hazır olacaq”, - deyə o, işğaldan azad edilmiş ərazilərdə enerji təchizatı obyektlərinin yaradılması istiqamətində görülmüş işlərlə bağlı Prezident İlham Əliyevə məruzə edərkən bildirib.
B.Rzayev əlavə edib ki, “Suqovuşan 1” və “Suqovuşan 2” su elektrik stansiyaları bir həftəyə işə salınacaq, hazırda test gedir.
Onun sözlərinə görə, hazırda Kəlbəcər rayonunda yarımstansiyanın tikintisi gedir.*
X.Nəsirzadə