Avropa İttifaqıvə BMT İnkişaf Proqramı Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına yönələn layihəyə start verib. Bu barədə “İnterfaks-Azərbaycan”a BMT İnkişaf Proqramının (BMT İP) Azərbaycandakı nümayəndəliyindən məlumat verilib.
2023-cü il daxil olmaqla dövrü əhatə edəcək layihə Aİ tərəfindən tam maliyyələşdirilir.
“Aİ-nin bu layihəyə ayıracağı 3 milyon avro vətəndaş cəmiyyəti təşkilatlarının siyasi tədqiqatlar, yerli inkişaf və sosial innovasiyalarda iştirakını genişləndirməyə yardım edəcək”, - BMT İP-dən vurğulanıb.
Yaxın aylarda layihə çərçivəsində təlimlər keçirləcək, həmçinin vətəndaş cəmiyyəti təşkilatlarının tələblərinə uyğun kiçik qrantların təqdim edilməsi imkanı olacaq. **
X.Nəsirzadə