2021-ci ilin yanvar-fevral aylarında Azərbaycana kondisioner idxalı 2020-ci ilin analoji dövrü ilə müqayisədə 8% - 4,014 min ədədə qədər artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə Azərbaycana gətirilmiş kondisionerlərin ümumi dəyəri $1 milyon 691,5 min məbləğində (artım 20,5%) qiymətləndirilir.
Həmçinin, yanvar-fevralda Azərbaycana $17 milyon 848,2 min dəyərində (azalma 4,4%) 132 min ədəd (azalma 10,8%) hesablama maşını, blok və qurğusu idxal olunub.
Bundan başqa, qeyd olunan dövrdə paltaryuyan maşınların idxalı 8,8% - 23,845 min ədədə qədər azalıb. İdxalın ümumi dəyəri $4 milyon 911,4 min (artım 3,8%) təşkil edir.**
B.Rüstəmbəyov