Azərbaycan 2021-ci ilin yanvar-mart aylarında ərzaq məhsullarının idxalını 27,3% - $454 milyon 987,05 minədək artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Ərzaq idxalının strukturunda əsas həcm – 187 min 944,55 ton (artım 13,6%) buğdanın ($47 milyon 749,87 min), 132 min 180,76 ton (artım 7,8%) meyvə-tərəvəz məhsullarının ($72 milyon 463,99 min), 8 min 794,07 ton (azalma 20,2%) ətin ($14 milyon 947,02 min), 47 min 995,35 ton (artım 40,3%) bitki və heyvan mənşəli yağların ($62 milyon 856,93 min) payına düşüb.
2021-ci ilin yanvar-mart aylarında Azərbaycana $20 milyon 81,92 min dəyərində 4 min 158,04 ton kərə yağı (artım 5,1%) idxal edilib.
Hesabat dövründə Azərbaycana bütün idxalın 17,98%-i ərzaq məhsullarının payına düşüb.
Azərbaycan 2020-ci ildə ərzaq məhsullarının idxalını 0,2% - $1 milyard 640 milyon 721,66 minədək azaldıb.Hesabat dövründə Azərbaycana bütün idxalın 15,29%-i ərzaq məhsullarının payına düşüb.**
N.Abbasova