“Naxçıvanbank” 2021-ci ilin birinci rübündə aktivlərini 10% - 268,577 milyon manatadək azaldıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
Martın sonuna bankın kredit portfeli 122,478 milyon manat (artım 4,6%) təşkil edib.
Bankın öhdəlikləri 175,074 milyon manata (azalma 15,4%), depozitləri 112,89 milyon manata (azalma 20,6%), əhalinin əmanətləri 20,163 milyon manata (azalma 7.2%) bərabərdir.
Hesabat dövrünün sonuna “Naxçıvanbank”ın kapitalı 93 milyon 503,77 min manat (artım 2%), nizamnamə kapitalı 82,43 milyon manat (dəyişməyib) təşkil edir.
Yanvar-martda fəaliyyətinin yekunları üzrə bankın xalis mənfəəti 2 milyon 239,98 min manat təşkil edib ki, bu da 2020-ci ilin analoji dövrünün göstəricisindən 2,9% çoxdur.
“Naxçıvanbank” 2008-ci ilin avqust ayında bank fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya alıb. Bankın səhmdarları fiziki şəxslərdir.**
Ə.Məmmədov