“Expressbank” 2021-ci ilin birinci rübündə aktivlərini 1,4% - 309,096 milyon manata qədər azaldıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
2021-ci il martın 31-nə bankın kredit portfeli 208,228 milyon manata (azalma 0,7%), istehlak kreditləri 110,456 milyon manata (azalma 3%), biznes kreditləri 66,922 milyon manata (artım 2,2%) bərabərdir.
Hesabat dövrünün sonuna “Expressbank”ın öhdəlikləri 185,073 milyon manat (azalma 3,8%) təşkil edir. 2021-ci il aprelin əvvəlinə bankın depozit portfeli 118,562 milyon manat (azalma 0,1%), əhalinin əmanətləri 94,98 milyon manat (artım 1,6%) məbləğində olub.
2021-ci il martın sonuna bankın kapitalı 124,023 milyon manat (artım 2,4%), nizamnamə kapitalı 112,545 milyon manat (dəyişməyib) təşkil edib.
2021-ci ilin yanvar-mart aylarında fəaliyyətinin yekunları üzrə bankın xalis mənfəəti 3,129 milyon manat (2020-ci ilin analoji dövrü ilə müqayisədə azalma 46,6% - İF) təşkil edib.
“Expressbank” 1989-cu ildə yaradılıb və Azərbaycanın 20 aparıcı bankından biridir. Bankın səhmdarları fərdi şəxslərdir.**
Ə.Məmmədov