İqtisadiyyat Nazirliyi ilə Yaponiyanın “Nippon İxrac və İnvestisiya Sığortası” şirkəti (“NEXI”) arasında ümumi əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.
Memorandumda Azərbaycan və Yaponiya arasında ixrac krediti və investisiya sığortası sahəsində bilik və təcrübənin artırılması məqsədilə müzakirələrin aparılması nəzərdə tutulur. Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilir.
Həmçinin, sənəddə yerli və qonşu bazarlara dair məlumat mübadiləsinin aparılması və birgə təlimlərin həyata keçirilməsi nəzərdə tutulur. **
B.Rüstəmbəyov