Maliyyə Nazirliyi qeyri-hökumət təşkilatlarının elektron hesabatlıq proqramının yaradılması məqsədilə şirkət seçir . Bu barədə nazirliyin elanında deyilir.
Seçim açıq tender üsulu ilə keçirilir. Tenderdə iştirak haqqı 250 manat təşkil edir.
Tender təklifləri mayın 24-dək qəbul olunur. Tender təkliflərinin açılması mayın 25-də baş tutacaq. Təkliflərin qiymətləndirilməsi zamanı texniki və maliyyə xüsusiyyətləri nəzərə alınacaq.
Şərtlərə əsasən, proqram 6 ay ərzində tərtib olunmalıdır. **
Ə.Məmmədov