Azərbaycan prezidenti İlham Əliyev Hacıqabul rayonuna səfəri çərçivəsində 110/35/10 kilovoltluq "Qarasu" yarımstansiyasının istismara verilməsi mərasimində iştirak edib. Bu barədə dövlət başçısının rəsmi saytında məlumat verilir.
Bundan başqa, prezident Hacıqabul rayonunda "Aqro Dairy" MMC və “Azərsun Şamaxı Aqropark”ın açılışında iştirak edib.
Məlumata əsasən, “Azərsun Şamaxı Aqropark”ı 2 hissədən - əkin sahələri və heyvandarlıq kompleksindən ibarətdir. Heyvandarlıq kompleksində 5 min baş iribuynuzlu heyvan saxlanılır.
Aqroparka məxsus 4,2 min hektar əkin sahəsində buğda, arpa, şəkər çuğunduru, qarğıdalı, yonca və müxtəlif növ tərəvəzlər əkilir. Suvarma üçün burada iki süni göl də yaradılıb.
Prezident üçün "Aqro Dairy" Məhdud Məsuliyyətli Cəmiyyətin aqroparkının təqdimatı olub. **
X.Nəsirzadə