2021-ci ilin yanvar-mart aylarında Azərbaycanda 408 ədəd minik avtomobili istehsal edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
2020-ci ilin analoi dövrü ilə müqayisədə avtomobil istehsalı 39,3% azalıb.
Yanvarda 96 avtomobil, fevralda – 120, martda 192 avtomobil istehsal olunub.
1 aprel 2021-ci il tarixinə anbarlarda 267 ədəd minik avtomobili var.
Cari ilin birinci rübündə Azərbaycanda 90 ədəd traktor istehsal olunub, bu da 2020-ci ilin yanvar-mart aylarının göstəricisindən 5,9% çoxdur.
Aprelin 1-nə anbarlarda 89 ədəd traktor var.
Azərbaycanda (Neftçala, Gəncə və Naxçıvanda) avtomobil istehsalı üzrə 3 zavod fəaliyyət göstərir. Eyni zamanda, Gəncə avtomobil zavodunda kənd təsərrüfatı texnikası da istehsal olunur. Hazırda avtomobil istehsalı yalnız Neftçala avtomobil zavodunda həyata keçirilir.
Ortamüddətli perspektivdə Azərbaycanda avtomobil istehsalının ildə 5 min ədədə çatdırılması nəzərdə tutulur.
2020-ci ildə Azərbaycanda 1,949 min ədəd avtomobil istehsal olunub ki, bu da 2019-cu ilin göstəricisindən 17,4% azdır. Ötən il respublikada 300 ədəd müxtəlif təyinatlı traktor (azalma 66,9%) istehsal edilib.**
B.Rüstəmbəyov