Azərbaycanda koronavirus infeksiyasına 2197 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 303,858 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 995 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 34 nəfər vəfat edib, ölənlərin ümumi sayı 4 203 nəfərə çatıb.
Virusa yoluxmuş 267,485 min nəfər (sutka ərzində +1946) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 32 min 170 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 777 (ötən gün 5 955 test), hazırkı dövrədək isə ümumilikdə 3 milyon 128,656 min test aparılıb.**
X.Nəsirzadə