Aprelin 20-də Rusiya Federasiyası hökumətinin sədri Mixail Mişustin Azərbaycan Respublikasının baş naziri Əli Əsədovla telefon danışığı zamanı onu Rusiyaya rəsmi səfərə dəvət etdi. Bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətindənməlumat verilir.
“Telefon danışığı əsnasında Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin artmasından və qarşılıqlı tədarük olunan məhsul çeşidinin genişlənməsindən məmnunluq ifadə edildi”, - məlumatda deyilir.
Bundan başqa, Mişustin və Əsədov Hacıqabul Sənaye Məhəlləsində "GAZel-NEXT" və "GAZon NEXT" kommersiya yük maşınlarının yığım istehsalı zavodunun istismara verilməsindən məmnunluq ifadə ediblər.
“Həmçinin Azərbaycan və RF baş nazirləri qarşılıqlı maraq doğuran bir sıra digər məsələləri müzakirə ediblər. Mişustin Əsədovu Rusiyaya rəsmi səfərə dəvət etdi. Dəvət minnətdarlıqla qəbul edildi”, - Nazirlər Kabinetinin mətbuat xidmətindənvurğulanıb. **
R.Əhmədov