Mədəniyyət naziri Anar Kərimov koronavirusa (COVID-19) yoluxub.
“Nazirdən yeni növ koronavirus infeksiyası üçün götürülən analiz nümunələrinin nəticəsi müsbət çıxdığından o, bir müddətdir karantinə alınıb. Hazırda onun vəziyyəti stabildir”, - deyə Mədəniyyət Nazirliyindən bildirilib.
Anar Kərimovla yaxın təmasda olan Mədəniyyət Nazirliyinin əməkdaşları da karantinə alınıb və bir müddət fəaliyyətlərini məsafədən həyata keçirəcəklər.*
X.Nəsirzadə