Azərbaycanda koronavirus infeksiyasına 2075 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 305,933 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 2197 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 32 nəfər vəfat edib, ölənlərin ümumi sayı 4235 nəfərə çatıb.
Virusa yoluxmuş 269,965 min nəfər (sutka ərzində +2480) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 31 min 733 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 679 (ötən gün 13 777 test), hazırkı dövrədək isə ümumilikdə 3 milyon 141,335 min test aparılıb.*
X.Nəsirzadə