1 aprel 2021-ci il tarixinə Azərbaycanda banklar tərəfindən 2,763 min ədəd bankomat quraşdırılıb ki, bu da 2020-ci ilin sonuna olan göstəricidən 1,8% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
Aprelin 1-nə Bakıda 1,451 min ədəd (artım 1,5%), bölgələrdə 1,312 min ədəd (artım 2%) bankomat quraşdırılıb.
2021-ci il aprelin 1-nə respublika ərazisində ticarət və xidmət obyektlərində quraşdırılan pos-terminalların sayı 58,184 min ədəd təşkil edib ki, bu da ötən ilin sonuna olan göstəricidən 1,9% çoxdur.
Bununla yanaşı, Bakıda 38,421 min ədəd (artım 2,1%), regionlarda 19,763 min ədəd (artım 1,4%) pos-terminal quraşdırılıb.
Pərakəndə ticarət obyektlərində 56,55 min ədəd pos-terminal və ya bütün pos-terminalların 97,2%-i quraşdırılıb.*
X.Nəsirzadə