2021-ci ilin yanvar-mart aylarında Azərbaycan banklarının biznes, ipoteka və istehlak kreditləri üzrə portfeli artıb.
Mərkəzi Bankın məlumatına görə, 2021-ci il martın 31-nə bankların kredit portfeli 14 milyard 352,4 milyon manat (2020-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 1,4%) həcmində qiymətləndirilir.
Yanvar-mart aylarında bankların biznes kreditləri üzrə portefli 1% - 8 milyard 565,2 milyon manata qədər və ya bankların bütün kredit portfelinin 59,7%-i səviyyəsində artıb.
Hesabat dövründə bankların istehlak kreditləri üzrə portfeli 0,5% - 3 milyard 680,4 milyon manata qədər artıb, xüsusi çəki 25,6% təşkil edib.
Yanvar-mart aylarında banklar istehlak kreditləşməsi üzrə portfeli 4,4% - 2 milyard 106,8 milyon manata qədər və ya bankların bütün kredit portfelinin 14,7%-i səviyyəsində artırıb.
2021-ci il martın 31-nə Azərbaycanda 26 bank fəaliyyət üçün lisenziyaya malik olub.*
X.Nəsirzadə