Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingentinin nümayəndələri Azərbaycan Silahlı Qüvvələrinin yeddi karvanını müşayiət ediblər. Bu barədə RF Müdafiə Nazirliyi məlumat yayıb.
Dörd karvan şimal və cənub istiqamətində Laçın dəhlizindən, bir karvan Şuşa-Qırmızı Bazar-Qacar marşrutu boyunca, iki karvan isə əks istiqamətdə hərəkət edib.
“Humanitar Minatəmizləmə Mərkəzinin mühəndis-istehkam qrupları tərəfindən Dağlıq Qarabağ ərazisinin minalardan təmizlənməsi üzrə işlər davam etdirilir. Sutka ərzində 3 hektar ərazi təmizlənib, 3 ədəd partlama təhlükəli obyekt aşkarlanıb”, - deyə məlumatda bildirilir.*