Müdafiə Nazirliyi zenit-raket bölmələrinin döyüş atışlı taktiki təlimləri barədə məlumat verir.
“Təlimlərdə müxtəlif çaplı zenit qurğularından və zenit-raket komplekslərindən nümunəvi döyüş atışları icra olunur. Real döyüş vəziyyətinə uyğun şəraitdə keçirilən təlimlərdə şərti hava hədəfləri dəqiq atəşlə məhv edilir”, - məlumatda deyilir.
Bildirilir ki, təlimlərdə əsas diqqət İkinci Qarabağ müharibəsində əldə edilən təcrübə nəzərə alınmaqla bölmələrin operativ idarəedilməsi, onların digər qoşun növləri ilə qarşılıqlı əlaqədə döyüş fəaliyyətinin təşkili üzrə vərdişlərinin təkmilləşdirilməsi və şəxsi heyətin döyüş hazırlığı səviyyəsinin yüksəldilməsinə yönəldilir. **
X.Nəsirzadə