İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən "VOLT AZƏRBAYCAN” MMC haqqında antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb.
“COVID-19 pandemiyası şəraitində müəyyən xidmət sahələrinə, o cümlədən çatdırılma (kuryer) xidmətlərinə tələbat artdığından, bu sahədə yeni bazar subyektləri fəaliyyətə başlayıb və rəqabət daha da artıb.Artan tələbatı nəzərə alaraq, bu qurum tərəfindən çatdırılma (kuryer) xidmətləri bazarında sağlam rəqabət şəraitinin qorunması üçün həmin sahəyə nəzarət artırılıb», - Xidmətin məlumatında deyilir
Məlumata əsasən, VOLT AZƏRBAYCAN” haqqında antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb. **
B.Rüstəmbəyov