Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Azərbaycanla energetika və mədən sənayesi sahəsindəı əməkdaşlıq haqqında Memorandumu təsdiq edib.
“İnterfaks-Azərbaycan”ın məlumatına görə, Memorandum haqqında fərman və mətni cümə axşamı «Resmi Gazete»də dərc olunub.
Sənəddə iki ölkə arasında energetika və mədən sahələri, xüsusilə, bərpaolunan və təmiz enerji və enerji səmərəliliyi, həmçinin elektrik enerjisinə qənaət məqsədilə birgə işıqlandırma avadanlığı, məişət və sənaye avadanlığı, fərdi təsərrüfatlar üçün külək və günəş mikrogeneratorlar daxil olmaqla istehsalının təşkili sahəsində əməkdaşlığı nəzərdə tutur.
Bundan başqa, Memorandum Azərbaycanla Türkiyə arasında karbohidrogen, neft-kimya və elektrik enerjisi sahələrində əməkdaşlığı nəzərdə tutur.
Xüsusilə, tərəflər aşağıdakı sahələrdə əməkdaşlığı inkişaf etdiməyə dair razılığa gəliblər: dəniz və quruda karbohidrogen kəşfiyatı, onların işlənməsi, nəqli, kommersializasiyası, bölgüsü və ticarəti; neft-kimya və neft emalı məhsullarının istehsalı və realizə olunması; qaz anbarları və ötürücü infrastruikturun və onunla əlaqədar texnologiyaların yaradılması, onların bərpası, inkişafı, istifadəsi və texniki baxışın həyata keçirilməsi.
Bundan başqa, sənədə LPG-terminalların və onlarla əlaqədar texnologiyaların yaradılması, bərpası, inkişafı, istifadəsi, ehtiyat hissələrinin istehsalı və texniki baxış sahəsində əməkdaşlıq daxildir. **
N.Abbasova