2021-ci il martın 31-nə Azərbaycanda bank olmayan kredit təşkilatları (BOKT) və kredit ittifaqlarının ümumi aktivləri 338 milyon manat təşkil edib, bu da 2020-ci ilin sonuna olan göstəricidən 2% çoxdur. Bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat verilir.
Eyni zamanda, birinci rübün sonuna BOKT-ların aktivləri 322,7 milyon manat (artım 2%), kredit ittifaqlarının – 15,3 milyon manat təşkil edib (artım 0,7%).
2021-ci il aprelin 1-nə BOKT-ların krdeit portfeli 270.6 milyon manat (artım 2,7%), kredit ittifaqlarının – 13,5 milyon manat təşkil edib (artım 1,5%).
Hesabat dövründə BOKT və kredit ittifaqlarının kapitallaşması 1,4% azalaraq 152,9 milyon manat təşkil edib, bunun 143,4 milyon manatı BOKT-ların kapitalının payına düşüb.
Aprelin əvvəlinə BOKT-ların öhdəlikləri 179,3 milyon manata (artım 2,3%), kredit ittifaqlarının – 5,8 milyon manata bərabərdir (dəyişməyib).
Tənzimləyicinin məlumatına görə, birinci rübdə BOKT-ların ümumi xalis mənfəəti 2,1 milyon manat təşkil edib (2020-ci ilin analoji dövrü ilə müqayisədə azalma 65%), həmçinin kredit ittifaqları rübü 0,6 milyon manat zərərlə başa vurublar.
2021-ci il martın 31-nə Azərbaycanda 91 BOKT, həmçinin 42 kredit ittifaqı fəaliyyət lisenziyasına malik olub. 12 BOKT-da xarici kapital var.
Ümumilikdə, birinci rübün sonuna BOKT-ların 247 filialı var, bu seqmentdə 2,297 min nəfər çalışır. **
Ə.Məmmədov