"Azərişıq" Açıq Səhmdar Cəmiyyəti Bakı və Xırdalanda 3 yarımstansiyanın təmirinə 260 min manata yaxın vəsait yönəldəcək.
www.tender.gov.az saytının məlumatına görə, "Azərişıq""GÖYGÖL TƏMİR-TİKİNTİ TƏCHİZAT T.R." MMC ilə müvafiq müqavilə imzalayıb.
İşlərin həcminə Xırdalan şəhəri ərazisində yerləşən 110/35/10 kV-luq "Qobu", Sabunçu rayonu Maştağa qəsəbəsi ərazisində yerləşən 35/6 kV-luq "479" və Yasamal rayonu ərazisində yerləşən 88 saylı yarımstansiyalarda təmir işləri daxildir.
Müqavilənin dəyəri 257 min 497,24 manat təşkil edir.
Azərbaycan Prezidentinin 10 fevral 2015-ci il tarixli sərəncamı ilə “Bakıelektrikşəbəkə” ASC “Azərişıq” ASC-yə çevrilib.
“Azərişıq” ASC-nin funksiyalarına Azərbaycan Respublikasının ərazisində elektrik enerjisini satın almaqla istehlakçıların etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatı daxildir.**
N.Abbasova