Azərbaycanda koronavirus infeksiyasına 2047 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 307,98 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 2075 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 39 nəfər vəfat edib, ölənlərin ümumi sayı 4 274 nəfərə çatıb.
Virusa yoluxmuş 272,575 min nəfər (sutka ərzində +2610) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 31 min 131 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 5429 (ötən gün 12 679 test), hazırkı dövrədək isə ümumilikdə 3 milyon 153,877 min test aparılıb.**
B.Rüstəmbəyov