“Bank of Baku” 2021-ci ilin I rübündə aktivlərini 5,5% - 432,231 milyon manata qədər artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
2021-ci il martın 31-nə bankın kredit portfeli 355,393 milyon manat (2020-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 5,2% - İF) təşkil edib.
Bankın öhdəlikləri 351,339 milyon manata (artım 5,5%) bərabərdir. Martın sonuna bankda depozitlər 204,503 milyon manat (artım 5,7%), əhalinin əmanətləri 181,048 milyon manat (artım 5,5%) təşkil edir.
2021-ci ilin aprel ayının əvvəlinə “Bank of Baku”nun kapitalı 80 milyon 892,21 min manata (artım 5,9%), nizamnamə kapitalı 52,87 milyon manata (dəyişməyib) bərabərdir.
2021-ci ilin I rübündə fəaliyyətinin yekunları üzrə bankın xalis mənfəəti 4 milyon 109,6 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 2,1 dəfə çoxdur.
“Bank of Baku” 1994-cü ildə yaradılıb.*
Ə.Məmmədov