“Bank Respublika” 2021-ci ilin I rübündə aktivlərini 7,5% - 1 milyard 111,926 milyon manata qədər artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
Mart ayının sonuna bankın kredit portfeli 484,399 milyon manata (artım 8,4%) bərabərdir. 31 mart 2021-ci il tarixinə istehlak kreditləri 74,42 milyon manat (artım 24,6%), biznes kreditləri 352,416 milyon manat (artım 5,9%) məbləğində qiymətləndirilir.
2021-ci il aprel ayının əvvəlinə “Bank Respublika”nın öhdəlikləri 1 milyard 27,67 milyon manat (artım 7,8%), depozitlər 778,836 milyon manat (artım 12,9%), o cümlədən fiziki şəxslərin əmanətləri 324,869 milyon manat (artım 3,9%) təşkil edir.
Hesabat dövrünün sonuna bankın kapitalı 84,255 milyon manata (artım 4,2%), nizamnamə kapitalı 73,461 milyon manata (dəyişməyib) bərabərdir.
2021-ci ilin I rübündə fəaliyyətinin yekunları üzrə bankın xalis mənfəəti 2 milyon 877,48 min manat (2020-ci ilin I rübü ilə müqayisədə azalma 0,3%) təşkil edib.
“Bank Respublika” 1992-ci ildə yaradılıb və Azərbaycanın aparıcı banklarının beşliyinə daxildir. Bankın səhmdarları sırasında Almaniyanın ən iri maliyyə institutları - KfW bank qrupunun üzvü DEG İnvestisiya Korporasiyası və “Sparkassen-Finanzgruppe” maliyyə qrupunun üzvü SIDT təmsil olunur.*
Ə.Məmmədov