2021-ci ilin birinci rübündə “Günay Bank”ın aktivləri 2,3% - 250 milyon 670,18 min manata qədər artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
I rübün sonuna bankın kredit portfeli 191 milyon 303,65 min manat (artım 0,2%), o cümlədən biznes kreditləri 125 milyon 390,16 min manat (azalma 0,7%) təşkil edir.
Martın sonuna bankın öhdəlikləri 184 milyon 738,54 min manata (artım 2,7%), depozitləri 101 milyon 807,98 min manata (artım 7,7%), o cümlədən əhalinin əmanətləri 90 milyon 91,24 min manata (artım 30,8%) bərabərdir.
2021-ci il martın 31-nə “Günay Bank”ın kapitalı 65 milyon 931,64 min manat (artım 1,3%) nizamnamə kapitalı 64 milyon 910,093 min manat (dəyişməyib) təşkil edir.
Hesabat dövrünün yekunları üzrə bankın xalis mənfəəti 878,9 min manat təşkil edib ki, bu da 2020-ci ilin analoji dövrünün göstəricisindən 18,3% azdır.
“Günay Bank” ASC 1992-ci ildə fəaliyyət üçün lisenziya alıb. Bankın səhmdarları 7 fiziki şəxsdir.*
Ə.Məmmədov