“Yelo Bank” 2021-ci ilin birinci rübündə aktivlərini 2,7% - 401 milyon 394,56 min manata qədər artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
2021-ci il martın 31-nə bankın kredit portfeli 328 milyon 382,27 min manat (2020-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 6,5%) təşkil edir.
Hesabat dövrünün sonuna bankın öhdəlikləri 338 milyon 431,84 min manat (artım 1,4%) təşkil edir. Aprelin əvvəlinə bankda depozitlər 229 milyon 840,94 min manata (azalma 2,3%) bərabərdir.
2021-ci il martın 31-nə “Yelo Bank”ın kapitalı 62 milyon 962,72 min manat (artım 10,3%) nizamnamə kapitalı 378 milyon manat (dəyişməyib) təşkil edir.
Hesabat dövrünün yekunları üzrə bankın xalis mənfəəti 2020-ci ilin I rübünün sonuna olan 6 milyon 254,91 min manat məbləğində zərərə qarşı 5 milyon 670,07 min manat təşkil edib.
“Yelo Bank” Azərbaycanda 1994-cü ildən fəaliyyət göstərir. Bankın əsas səhmdarı “Topaz Investment” QSC-dir.*
Ə.Məmmədov