“TuranBank” 2021-ci ilin I rübündə aktivlərini 8,3% - 597,689 milyon manata qədər artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
2021-ci il martın 31-nə bankın kredit portfeli 356,093 milyon manata (2020-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 1,4%) bərabər olub.
Hesabat dövrünün yekunları üzrə “TuranBank”ın öhdəlikləri 517,05 milyon manat (artım 9,7%) təşkil edib.
Hesabat dövrünün sonuna bankın depozit portfeli 311,107 milyon manat (artım 11%) təşkil edib.
Martın sonuna “TuranBank”ın kapitalı 80,638 milyon manata (artım 0,3%), nizamnamə kapitalı 75,005 milyon manata (dəyişməyib) bərabərdir.
Birinci rübün yekunları üzrə bankın xalis mənfəəti 105 min manat təşkil edib ki, bu da 2020-ci ilin analoji dövrünün göstəricisindən 83,7% azdır.
“TuranBank” 1992-ci ilin iyun ayında fəaliyyətə başlayıb. Bankın səhmdarları 29 hüquqi və fiziki şəxsdir.*
Ə.Məmmədov