“Unibank” 2021-ci ilin I rübündə aktivlərini 2,9% - 839,106 milyon manata qədər artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
31 mart 2021-ci il tarixinə bankın kredit portfeli 612,826 milyon manat (2020-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 8%) təşkil edib. İstehlak kreditlərinin payı 345,871 milyon manat (artım 12,2%), biznes kreditlərinin payı 209,905 milyon manatdır (artım 4,6%).
Hesabat dövrünün sonuna bankın öhdəlikləri 741,407 milyon manat (artım 3,1%) təşkil edir. Bankda depozitlər 560,659 milyon manata (artım 7,3%), əhalinin əmanətləri 467,39 milyon manata (artım 9,7%) bərabərdir.
2021-ci il aprelin 1-nə “Unibank”ın kapitalı 97,699 milyon manat (artım 1%), nizamnamə kapitalı 125 milyon 686,36 min manat (dəyişməyib) təşkil edir.
I rübün yekunları üzrə bankın xalis mənfəəti 591 min manat təşkil edib ki, bu da 2020-ci ilin müvafiq dövrünün göstəricisindən 90,6% azdır.
"Unibank" ASC 2002-ci ilin oktyabr ayında yaradılıb və Azərbaycanın aparıcı banklarının onluğuna daxildir.*
Ə.Məmmədov