Azərbaycanda koronavirus infeksiyasına 1809 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 309,789 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 2047 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 33 nəfər vəfat edib, ölənlərin ümumi sayı 4307 nəfərə çatıb.
Virusa yoluxmuş 274,766 min nəfər (sutka ərzində +2191) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 30 min 716 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 097 (ötən gün 12542 test), hazırkı dövrədək isə ümumilikdə 3 milyon 164,974 min test aparılıb.*
B.Rüstəmbəyov