Prezident İlham Əliyev bu gün Oqtay Şirəliyevin səhiyyə naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamın mətni dövlət başçısının saytında dərc olunub.
Bundan başqa, prezident Teymur Musayevin səhiyyə nazirinin birinci müavini təyin edilməsi və səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyətinin səhiyyə nazirinin birinci müavini Teymur Musayevə verilməsi haqqında sərəncamlar imzalayıb.*
B.Rüstəmbəyov