“AccessBank” 2021-ci ilin I rübündə aktivlərini 0,9% - 847,944 milyon manata qədər azaldıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
31 mart 2021-ci il tarixinə bankın kredit portfeli 519,888 milyon manat (artım 3,4%) təşkil edib. Biznes kreditləri 456,213 milyon manat (artım 3,1%), istehlak kreditləri 56,422 milyon manat məbləğində (artım 6,8%) olub.
Hesabat dövrünün sonuna bankın öhdəlikləri 752,219 milyon manata (azalma 1%) bərabərdir. Bankın depozit portfeli 613,751 milyon manat məbləğində (azalma 2,2%) qiymətləndirilir. Fiziki şəxslərin əmanətləri 496,321 milyon manat (azalma 0,1%), hüquqi şəxslərin depozitləri 117,43 milyon manat (azalma 10%) təşkil edib.
I rübün sonuna “AccessBank”ın kapitalı 95,725 milyon manat (azalma 0,1%), nizamnamə kapitalı 258,718 milyon manat (dəyişməyib) təşkil edib.
Bank hesabat dövrünü 135 min manat məbləğində xalis mənfəətlə başa vurub ki, bu da 2020-ci ilin I rübünün göstəricisi ilə müqayisədə 94,5% azdır.
“AccessBank” Azərbaycanda 2002-ci ildən fəaliyyət göstərir və aktivlərinin həcminə görə respublikanın 7-ci aparıcı bankıdır. Bankın bütün səhmdarları xarici banklar və maliyyə institutlarıdır: Asiya İnkişaf Bankı (19,89%), Avropa İnvestisiya Bankı (17,39%), Beynəlxalq Maliyyə Korporasiyası (16,56%), responsAbility SICAV (Lux) (2,91%), responsAbility Management Company S.A. (7,11%), Hollandiya İnkişaf Bankı (9,41%), Avstriya İnkişaf Bankı (9,17%), SIFEM AG (8,89%), EFSE (2,78%), Symbiotics SICAV (2,27%), GGF (1,77%), LFS Advisory (1,27%) və Qara Dəniz Ticarət və İnkişaf Bankı (0,58%).*
Ə.Məmmədov