Aprelin 24-də Ermənistanın müdafiə naziri Vaqarşak Arutyunyan ilə Rusiyanın müdafiə naziri Sergey Şoyqu arasında baş tutmuş telefon danışığı zamanı Ermənistan ordusunda islahatlar prosesi müzakirə olunub. Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Arutyunyan və Şoyqu telefon danışığı zamanı Dağlıq Qarabağdakı Rusiya sülhməramlı missiyasının fəaliyyətini, Ermənistan Silahlı Qüvvələrində başlayan genişmiqyaslı islahatların əsas istiqamətlərini və digər məsələləri müzakirə ediblər”, - deyə məlumatda bildirilir.
Tərəflər, həmçinin regional problemləri də müzakirə ediblər.*