Ermənistan tərəfinin təşəbbüsü ilə Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı baş tutub. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
“Dağlıq Qarabağdakı vəziyyət müzakirə olunub. Rusiya sülhməramlılarının səyləri sayəsində regionda vəziyyətin stabil və sakit olaraq qaldığı qeyd olunub”, - deyə məlumatda bildirilir.
“Energetika sahəsi daxil olmaqla ikitərəfli əməkdaşlığın aktual mövzularına dair fikir mübadiləsi aparılıb”, - deyə məlumatda qeyd olunur.
N.Paşinyan iyun ayında keçiriləcək növbədənkənar parlament seçkiləri ilə əlaqədar Ermənistanda daxili siyasi vəziyyətin inkişafı barədə Putini məlumatlandırıb.*