Ermənistanın baş naziri Nikol Paşinyan və Fransa prezidenti Emmanuel Makron telefon danışığı zamanı Qarabağ münaqişəsinin nizamlanması prosesini müzakirə ediblər. Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti bu gün məlumat yayıb.
“Paşinyan və Makron Cənubi Qafqazdakı vəziyyəti, Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk qrupunun həmsədrliyi çərçivəsində nizamlanmasını müzakirə ediblər. Paşinyan bəyan edib ki, münaqişənin həllini yalnız “xilas naminə ayrılma” prinsipi çərçivəsində nəzərdən keçirir”, - deyə məlumatda bildirilir.*