“Yapı Kredi Bank Azerbaijan” QSC 2021-ci ilin I rübündə aktivlərini 7,1% - 323,666 milyon manata qədər azaldıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
31 mart 2021-ci il tarixinə “Yapı Kredi Bank Azerbaijan”ın kredit portfeli 149,984 milyon manata (2020-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 0,4%), o cümlədən istehlak kreditləri 38,87 milyon manata (azalma 1,8%), biznes kreditləri 96,399 milyon manata (artım 0,1%) bərabərdir.
Hesabat dövrünün sonuna bankın öhdəlikləri 241,702 milyon manat (azalma 9,3%), depozitləri 221,902 milyon manat (azalma 10,5%), əhalinin əmanətləri 74,18 milyon manat (azalma 4,5%) təşkil edir.
Martın 31-nə “Yapı Kredi Bank Azerbaijan”ın kapitalı 81,965 milyon manat (artım 0,05%), nizamnamə kapitalı 55 milyon 380,7 min manat (dəyişməyib) təşkil edir.
Hesabat dövründə fəaliyyətinin yekunları üzrə bankın xalis zərəri 122,15 min manat təşkil edib ki, bu da ötən ilin yanvar-mart aylarının göstəricisindən 81,4% azdır.
“Yapı Kredi Bank Azerbaijan” 1998-ci ildə yaradılıb. Bankın səhmdarları 3 Türkiyə şirkətidir.*
Ə.Məmmədov