“Azərişıq” ASC Xızı rayonunun Yeni Yaşma qəsəbəsində yeləşən 50 MVt-lıq “Yeni Yaşma” Külək Elektrik Parkında təmir işlərinə 186 min manat yönəldəcək.
www.etender.gov.az saytının məlumatına görə, işlərə “Furhlander FL2500” markalı külək enerjili elektrik qurğularının qanadlarının təmiri daxildir.
ASC SW Enerji Lojistik Dis Ticaret A.S. şirkəti ilə müqavilə imzalayıb. Şirklət müsabiqə əsasında seçilib.
Müqavilənin dəyəri – 186 min manatdır.
50 MVt-lıq “Yeni Yaşma” Külək Elektrik Parkı 2018-ci ildə Yeni Yaşma və Şurabad qəsəbələrinin ərazisində istismara verilib. Hazırda stansiyada 20 külək turbini tam gücü ilə işləyir. Parkın ümumi ərazisi 540 hektardır.Parkın ərazisində inzibati bina inşa edilib, burada idarəetmə mərkəzi, işçi heyəti üçün xidməti otaqlar, habelə elektrik avadanlığının-yuvaların quraşdırılması üçün 20 kV-luq bölmə və Təlim-Tədris Mərkəzi, eləcə dəstansiyanın səmərəli fəaliyyətini təmin etmək üçün müasir tipli rele mühafizəsi, avtomatika və SCADA sistemi yaradılıb.
Azərbaycan Prezidentinin 10 fevral 2015-ci il tarixli sərəncamı ilə “Bakıelektrikşəbəkə” ASC “Azərişıq” ASC-yə çevrilib.
“Azərişıq” ASC-nin funksiyalarına Azərbaycan Respublikasının ərazisində elektrik enerjisini satın almaqla istehlakçıların etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatı daxildir.**
N.Abbasova