DövlətŞəhərsalma və Arxitektura Komitəsi 2020-ci ilin payızında erməni təcavüzü nəticəsində Qarabağda, həmçinin digər şəhərlərdə fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin tikintisi və bərpası üçün 5 şirkət cəlb edib.
www.etender.gov.az saytının məlumatına görə, şirkətlərlə 20 milyon 648,409 min manat ümumi məbləğdə müqavilələr imzalanıb ($12,14 milyon). “CONCO” QSC ilə imzalanan müqavilə Gəncədə dağıdılmış fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin təmir və tikintisini nəzərdə tutur. Müqavilənin dəyəri 4 milyon 894.475 min manatdır.
“Rabitəinşaat” QSC ilə imzalanan ikinci müqavilənin predmeti Ağdam, Bərdə və Mingəçevirdə dağıdılmış fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin təmir və tikintisidir. Müqavilənin dəyəri – 4 milyon 579,41 min manatdır.
“Parlaq-N” MMC ilə imzalanan üçnücü müqavilənin şərtlərinə görə, şirkət Ağcabədi, Goranboy, Naftalan və Beyləqanda dağıdılmış fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin təmir və tikintisini öz üzərinə götürür. Müqavilənin dəyəri – 2 milyon 115,941 min manatdır.
«AZ GRAFT Construction» MMC və «Real-İnşaat» MMC ilə imzalanan dördüncü və beşinci müqavilələr Füzuli, Cəbrayıl və Tərtər rayonlarında (1-ci hissə) qəzalı vəziyyətə düşmüş fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin təmir, bərpa və tikintisini nəzərdə tutur. İmzalanmış müqavilələrin dəyəri – müvafiq olaraq 3 milyon 387,525 min manat və 5 milyon 671,057 min manatdır. **
X.Nəsirzadə