31 mart 2021-ci il tarixinə Azərbaycanda ödəniş kartlarının sayı 9,769 milyon ədəd təşkil edib ki, bu da 2020-ci ilin sonuna olan göstəricidən 5,8% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan məlumat verilib.
Kartların ümumi sayında debet kartların payı 8,624 milyon ədəd, xüsusilə sosial kartların payı 3,458 milyon ədəd, əməkhaqqı kartlarının payı 2,599 milyon ədəd, digər kartların payı 2,567 milyon ədəd təşkil edir. Hesabat dövrünün sonuna kredit kartlarının sayı 1,145 milyon ədəddir.
2021-ci ilin yanvar-mart aylarında bankomat və POS-terminallar vasitəsilə ödəniş kartları üzrə ümumi dövriyyə 7 milyard 948 milyon manat, əməliyyatların ümumi sayı 71,56 milyon təşkil edib. 2020-ci ilin birinci rübü ilə müqayisədə əməliyyatların sayı 42,9%, həcmi isə 17,3% artıb.
Hesabat dövründə debet kartları ilə aparılan əməliyyatların sayı 62,348 milyon manat (2020-ci ilin yanvar-mart aylarıı ilə müqayisədə artım 44,5%), məbləği 7 milyard 465 milyon manat (artım 18,3%) təşkil edib.
2021-ci ilin birinci rübündə kredit kartları ilə ümumilikdə 483 milyon manat məbləğində (artım 3,2%) 9,212 milyon əməliyyat (artım 32,9%) aparılıb.
Yanvar-mart aylarında ölkə daxilində aparılan nağdsız əməliyyatların həcmi 2,001 milyard manat təşkil edib ki, bu da ötən ilin birinci rübünün göstəricisindən 49,4% çoxdur.*
Ə.Məmmədov