Azərbaycanda koronavirus infeksiyasına 806 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 313,812 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 1 541 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 31 nəfər vəfat edib, ölənlərin ümumi sayı 4 402 nəfərə çatıb.
Virusa yoluxmuş 280,403 min nəfər (sutka ərzində +1 224) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 29 min 7 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 732 (ötən gün 11 492 test), hazırkı dövrədək isə ümumilikdə 3 milyon 195,268 min test aparılıb.**
N.Abbasova