Bazar ertəsi Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bəyan edib ki, ABŞ prezidenti Co Baydenin Osmanlı imperiyasında “erməni soyqırımı”nı tanıması Ankara və Vaşinqton arasında münasibətlər üçün mənfi nəticə verəcək.
“ABŞ prezidenti Baydenin 1915-ci ilin hadisələri ilə bağlı qərəzli bəyanatı Türkiyə-ABŞ ikitərəfli münasibətlər üçün çox pisdir”, - Türkiyə mətbuatı Ərdoğanın sözlərindən sitat gətirir.
Onun sözlərinə görə, Amerika lideri “əsassız, ədalətsiz və real olmayan bəyanatlar” səsləndirib.
Bloomberg agentliyinin məlumatına görə, Türkiyə liderinin rəyinə görə, 1915-ci ilin hadisələri zamanı “ən çoxu 150 min erməni həlak olub”.
“Baydendən fərqli olaraq, mən bu hadisələr barədə (1915-ci ilin hadisələri - İF) sübutlar əsasında danışıram. Bizim arxivlərdə 1915-ci ilin hadisələri ilə əlaqədar 1 milyondan artıq sənəd var. Mənə maraqlıdır, ABŞ-ın neçə sənədi var?”, - o əlavə edib.
Ərdoğan Amerika hökumətinin nümayəndələrini Türkiyəyə səfər etməyə və “mövcud sübutlarla” tanış olmağa çağırıb. **