Fransa tərəfinin təşəbbüsü ilə Rusiya və Fransa prezidentləri Vladimir Putin və Emmanuel Makron arasında baş tutan telefon danışığı zamanı tərəflər Dağlıq Qarabağ ətrafında vəziyyəti, Liviyada vəziyyəti, koronavrisla əlaqədar vəziyyəti və s. məsələləri müzakirə ediblər. Bu barədə Kremlin mətbuat xidmətindən məlumat verilib.
“Dağlıq Qarabağ ətrafında vəziyyət nəzərdən keçirilib. Məmnunluqla qeyd olunub ki, vəziyyət sakit olaraq qalır, Rusiya və Azərbaycan prezidentləri və Ermənistanın baş nazirinin Dağlıq Qarabağa dair 2020-ci il 9 noyabr və 2021-ci il 11 yanvar tarixli bəyanatlarının icrası üzrə plana uyğun iş davam etdirilir. Dağlıq Qarabağ nizamlanmasının müxtəlif aspektləri üzrə, o cümlədən ATƏT-in Minsk qrupu xətti ilə əlaqələndirməyə qarşılıqlı hazırlıq ifadə olunub”, - məlumatda deyilir. **