“Aqroservis” ASC kənd təsərrüfatı texnikalarının KASKO sığortası üçün sığortaçı seçimi üzrə tender elan edib. Bu barədə cəmiyyətin elanında deyilir.
Tenderdə iştirak haqqı 500 manatdır.
Təklif dəyərinin 1%-i həcmində bank təminatı ilə müşayiət olunan tender təklifləri 31 may 2021-ci il saat 18.00-a qədər qəbul olunur. Təklif zərfləri 1 iyun saat 11.00-da açılacaq.
Prezident İlham Əliyev 2020-ci ilin avqust ayında ““Aqrolizinq” ASC-nin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərman imzalayıb. Fərmana əsasən, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrolizinq” ASC-nin adı dəyişdirilərək “Aqroservis” ASC adlandırılıb.
“Aqroservis” ASC kənd təsərrüfatı məhsulları istehsalçılarının, lizinq yolu ilə satılması istisna olmaqla, qanunla müəyyən edilmiş qaydada kənd təsərrüfatı istehsal vasitələri (kənd təsərrüfatı texnikası, texnoloji avadanlıq, o cümlədən suvarma sistemləri dəsti və avadanlığı, aqrokimyəvi maddələr, bitki mühafizəsi vasitələri, sertifikatlı toxum və ting) ilə təmin edilməsini, aqrotexniki xidmətlər göstərilməsini və bu sahədə fəaliyyətin təşkilini həyata keçirən kommersiya hüquqi şəxsidir.*
B.Rüstəmbəyov