Prezident Ilham Əliyev bu gün Alimpaşa Məmmədovun Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamın mətni dövlət başçısının saytında dərc olunub.
KİV-lərin ötən gün yaydığı məlumata görə, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Şəmkir Rayon İcra Hakimiyyətinin binasında xüsusi əməliyyat keçirib. İlkin məlumata görə, 5 məmur, o cümlədən icra başçısı Alimpaşa Məmmədov saxlanılıb.*
X.Nəsirzadə