Prezident İlham Əliyevin imzaladığı fərmana əsasən, bir sıra rabitə müəssisələri Azərbaycan İnvestisiya Holdinqinin (AİH) idarəetməsindən çıxarılır.
Fərmanın mətni bu gün dövlət başçısının rəsmi saytında dərc olunub.
Fərmana əsasən, “Azərkosmos” MMC, “Aztelekom” MMC, “AzInTelecom” MMC, “Azərpoçt” MMC və “Bakı Telefon Rabitəsi” MMC Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsindən çıxarılıb.*
Ə.Məmmədov